Banklararası Kart Mərkəzi vasitəsi ilə 11 ayda 3,2 milyard manat emal olunmuş ödəniş əməliyyatları aparılıb

12:29 - 29.12.2025


29 dekabr, Fineko/abc.az. Bu ilin dekabrın 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 69,2 milyon ədəd həcmdə 3,2 milyard manat emal olunmuş ödəniş əməliyyatları aparılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 9,2 milyon ədəd və ya 15,3%, məbləğ baxımından isə 311 milyon manat və ya 10,9% çoxdur.

Ötən ilin 1 dekabr tarixinə olan vəziyyətə görə Azərbaycanda BKM vasitəsilə ümumilikdə 2,8 milyard manat dəyərində 60 milyon ödəniş əməliyyatları aparılıb.