"Rabitəbank"ın səhmdarlarının yığıncağı keçiriləcək

11:53 - 29.12.2025


29 dekabr, Fineko/abc.az. "Rabitəbank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı Fevralın 12-si, saat 17:00 tarixində  keçiriləcək.

ABC.AZ banka istinadla xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Rabitəbank"ın 2025-ci maliyyə ili üzrə balans və mənfəət-zərər hesabatlarının, eləcə də Bankın Audit Komitəsinin hesabatının təsdiq edilməsi, səhmdarlara dividend, Müşahidə Şurasının üzvlərinə mükafat ödənilməsi, "Capital Partners İnvestisiya Şirkəti QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi, onun Bankın adından qərar verməsi ilə bağlı səlahiyyətli orqanın və yaxud şəxsin təyin edilməsi, investisiya şirkətinin nizamnamə kapitalının artırılması, eləcə də təşkilati və cari məsələlər daxildir.