11:06 - 29.12.2025
29 dekabr, Fineko/abc.az. 31 dekabr-4 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də "Azərpoçt" MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
8 Avqust 2026
8 Avqust 2026