Bitkoin qızılın dəyərinin 50%-ə qədərini itirə bilər

15:39 - 24.12.2025


24 dekabr, Fineko/abc.az. Bloomberg Intelligence-in baş strateqi Mayke MakKloun, bitkoin məzənnəsinin qızıla qarşı düşmə riski barədə xəbərdarlıq edir.

ABC.AZ xəbər verir ki, 22 dekabr tarixinə olan məlumata görə, nisbət təxminən 20x təşkil edirdi. Ekspert isə 2026-cı ildə bu göstəricinin 30x-ə qədər artmasındansa, 10x-ə qədər azalmasını daha ehtimal olunan hesab edir. Bu o deməkdir ki, bitkoinin qızıla nisbətdə alıcılıq qabiliyyəti yarıbayarı azala bilər.

MakKloun qeyd edir ki, bitkoin/qızıl məzənnəsi resessiya riskinin ilkin göstəricisidir və səhmlər, eləcə də bazarın dəyişkənliyi ilə korrelyasiya təşkil edir. Onun proqnozuna görə, ABŞ səhmləri 10% ucuzlaşacağı təqdirdə, 2026-cı ildə minimum qiymət səviyyələri belə ola bilər: neft təxminən 40$, benzin 2$ və bitkoin təxminən 50,000$.