10:11 - 17.12.2025
17 dekabr, Fineko/abc.az. Bu il dekabrın 1-nə Azərbaycanda 1 667 152 vergi ödəyicisi olub.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 4,8 % çoxdur.
Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,5 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,9 % artıb.
Noyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7,5 % çox – 203 001 vahid təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ, qalanı isə digər formalarda yaradılıb.
Təkcə bu ilin 11 ayında 12 957 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onun 88,8 %-i yerli, 11,2 %-i xarici investisiyalıdır.
Kommersiya qurumlarının 85,1 %-i elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 96,4 % təşkil edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026