“Azərbaycan Sənaye Bankı” ASC-də rəhbər dəyişikliyi baş verib

11:12 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişərək Tahir Abdolbari oğlu Gozal seçilib.

O, 2022-ci ildən bankın Müşahidə Şurasına rəhbərlik edən Əhməd Abdolbari oğlu Gozalı bu vəzifədə əvəz edib.

Müşahidə Şurasının digər üzvləri sırasına Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Ali daxildir.

Eyni zamanda, Tahir Gözəl 2026-cı ilin aprelindən “Azersun Holding”in Müşahidə Şurasının sədri və “Qarabağ” Futbol Klubunun prezidentidir.

Nizamnamə kapitalı 60 milyon manat olan “Azərbaycan Sənaye Bankı”nın əsas səhmdarı isə 98,43% pay göstəricisi ilə “Anadolu Investment Company” MMC-dir.