"MİDA"-nın Naxçıvandakı bina tikintisi tenderinin qalibi "Hünər-İnşaat" oldu

10:52 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinin “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan şəhərində yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı keçirdiyi iri həcmli tenderə yekun vurub.

Satınalma müsabiqəsinin qalibi “Hünər-İnşaat” firması seçilib və tərəflər arasında ümumi dəyəri 23 071 668 manat təşkil edən müqavilə imzalanıb.

Layihə çərçivəsində Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yerləşən 4,98 hektar ərazidə 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçiriləcək.