Məcburi auditdən yayınan “Master İnşaat” cərimələndi - Məhkəmə qərarı

11:49 - 8.09.2026


8 sentyabr, Fineko/abc.az. Sumqayıtda fəaliyyət göstərən “Master İnşaat” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditini 2025-ci ildə aparmadığı üçün inzibati məsuliyyətə cəlb olunub.

Belə ki, Maliyyə Nazirliyinin tərtib etdiyi protokol əsasında Sumqayıt Şəhər Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə təqsirli bilib və 1 500 manat cərimə tətbiq edib.

Həm Maliyyə Nazirliyinin, həm də “Master İnşaat”ın nümayəndələri məhkəmə iclasına gəlməsələr də, məhkəmə işdəki sübutlar əsasında qərarı çıxarıb.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Master İnşaat” MMC-nin qanuni təmsilçisi Ariz İbadovdur.