Qızılın qiyməti 4 351,96 dollara yüksələrək həftəlik qazancını qoruyub

11:20 - 18.09.2026


18 Sentyabr, Fineko/abc.az. Həftənin sonunda qızıl yüksəliş dinamikasını saxlaya bilib.

 Birja əməliyyatlarında qiymət 0,2 faiz artaraq bir ons üçün 4 351,96 dollar (7 398.33 AZN) təşkil edib. Gümüşün qiyməti isə 0,4 faiz artaraq 65,51 dollara (111.37 AZN) çatdırılıb.

Qiymətlərin sabitləşməsinə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımı qərarından sonra istiqraz gəlirliliyinin geriləməsi və neft qiymətlərinin düşməsi nəticəsində inflyasiya narahatlıqlarının zəifləməsi təkan verib.