MİDA-nın Abşeron layihəsi üzrə 7,6 milyon manatlıq tenderin qalibi bəlli olub

11:46 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonunda həyata keçirilən yaşayış kompleksi layihəsi çərçivəsində iri həcmli tenderə yekun vurub.

Satınalma müsabiqəsinin qalibi “Enerji Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 7 661 750 manat təşkil edir.

Müqaviləyə əsasən, “Enerji Qrup” MMC Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində inşası planlaşdırılan çoxmənzilli yaşayış binalarının sahəxarici və sahədaxili elektrik enerjisi təminatı işlərini icra edəcək.