12:38 - 18.09.2026
18 sentyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə MİDA-nın Hövsan Yaşayış Kompleksindən daha 36 mənzil təqdim edib.
4 saylı DOST Mərkəzində keçirilən sənəd təqdimatında nazir müavini Rəşad Mustafayev bildirib ki, Vətən müharibəsindən sonra mənzillə təminat proqramı 5 dəfə genişləndirilib, postmüharibə dövründə 7 300-dən, ümumilikdə isə 16 mindən çox mənzil verilib.
Həmçinin bu dövrdə həmin kateqoriyadan olan vətəndaşların müavinət və təqaüdləri orta hesabla 2 dəfədən çox artırılıb, onların məşğulluq və reabilitasiya xidmətləri ilə təminatı istiqamətində ardıcıl tədbirlər görülüb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026