Aİ Rusiya Mərkəzi Bankının aktivlərini müddətsiz dondurdu

10:08 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Avropa İttifaqı Rusiya aktivlərinin müddətsiz şəkildə immobilizasiyası barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib. “Aİ bu dəqiqələrdə Rusiya aktivlərini müddətsiz immobilizasiya etmək qərarına gəldi”, — deyə Kallas X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu qərar o deməkdir ki, “Rusiya Ukraynaya vurduğu zərərə görə reparasiyaları tam şəkildə ödəməyənədək, 210 milyard avroya qədər Rusiya vəsaiti Aİ ərazisində qalacaq”.

Avropa diplomatiyasının rəhbəri həmçinin bildirib ki, gələn həftə Avropa Şurasının iclası keçiriləcək və onun sözlərinə görə, bu iclas Ukraynanın yaxın illər üçün maliyyə ehtiyaclarının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyacaq.

Buna qədər Rusiya suveren vəsaitlərinin “dondurulması” — əsas hissəsi Belçikada yerləşən Euroclear depozitarisində saxlanılan bu vəsaitlər — hər altı aydan bir uzadılır və Aİ-yə üzv bütün ölkələrin yekdil dəstəyini tələb edirdi. Yeni qərar növbəti səsvermə zamanı Rusiyaya dost münasibətdə olan ölkələrdən birinin konsensusu poza və Aİ-ni vəsaitləri Moskvaya qaytarmağa məcbur etməsi riskini aradan qaldırır.