14:27 - 4.12.2025
4 dekabr, Fineko/abc.az. (özəl xəbər) İslam Bankçılığı Azərbaycanda tam tətbiq olunduğu təqdirdə 1,2 milyard manatlıq bazar formalaşa bilər.
Bunu ABC.AZ-a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib.
Azərbaycanda İslam Bankçılığına marağın çox olduğunu deyən iqtisadiyyat üzrə fəlsəfə doktoru bu istiqamətdə aparılmış araşdırmaları xatırladır:
"İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin apardığı araşdırmaya görə ölkəmizdə İslam Bankçılığının formalaşdırdığı təqdirdə müştəri səviyyəsinin 33000 ya 35 000 səviyyəsində olacağı gözlənilir. Bununla yanaşı, digər 1000 sahibkar arasında araşdırma aparılıb və həmin 1000 sahibkardan orta hesabla 20 faizi qeyd eləmişdi ki, biz bugünki gündə faizli kreditlərin haram olduğunu nəzərə alaraq ənənəvi bankların xidmətlərindən istifadə eləmirik. 30 faiz müştəri isə qeyd eləmişdi ki, biz faizli kreditin haram olduğunu bildiyimiz halda məcburiyyətdən bundan istifadə etməli oluruq. Yəni orta hesabla görürük ki, ehtiyac var, bazar var və hesablama da onu göstərir ki, İslam Bankı tam tətbiq olunduğu halda ilkin olaraq 3 faizlik həcm nümayiş etdirə bilər".
Qeyd edək ki, hazırda İslam Bankçılığının ölkəmizdə tam tətbiqi olunmas üçün hüquqi baza hazırlanır. Sözügedən baza hazırlanandan sonra İslam Bankçılıq daha geniş şəkildə həyata keçiriləcək.
Müəllif: Elmir Muradov
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026