Son 11 ayda dövlət qurumlarının istifadəsinə 248 yeni subdomen verilib

17:15 - 3.12.2025


3 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 65 yeni domen verilib.

ABC.AZ Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 248 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 27 % azdır.

Təkcə noyabrda 1 yeni domen və 31 subdomen istifadəyə verilib. Bir il əvvəllə müqayisədə domen sayı sabit qalıb, digər göstərici isə 7 % artıb.

2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.