14:59 - 13.11.2025
13 noyabr, Fineko/abc.az. "Premium Bank" ASC-nin İdarə Heyətinin sədri Kamil Lətifov işdən çıxıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bankdan bildirilib.
Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb. Sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edir. O, bu ilin yanvar ayına qədər "Premium Bank"ın sədri, K.Lətifov isə sədr müavini olub. Yanvarda onların yerləri dəyişdirilib.
Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.