"Findoc" portalından istifadə edənlərin sayı 150 mini keçib

12:25 - 21.10.2025


21 oktyabr, Fineko/abc.az. "Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) yaratdığı rəqəmsal "Findoc" portalında qeydiyyatdan keçmiş istifadəçilərin sayı 150 mini keçib.

ABC.AZ Büroya istinadən xəbər verir ki, portal ölkə vətəndaşlarına, habelə hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə heç yerə getmədən özləri barədə Büroda toplanılmış məlumatlara çıxış imkanı təqdim edən unikal platformadır.

Portalda qeydiyyatdan keçmiş hər bir istifadəçiyə kredit və skor hesabatını ildə 2 dəfə ödənişsiz əldə etmək imkanı təqdim edilir. Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Müvafiq ödənişlər Portal üzərindən və nağdsız qaydada həyata keçirilir.