Qadın sahibkarların rəqəmsal bacarıqlarının artırılması vacibdir - Assosiasiya sədri

11:43 - 19.09.2025


19 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycanın Avropa İttifaqına qadın sahibkarlığının inkişafına yönələn üçillik strateji planın təqdim edəcəyini açıqlayıb. ABC.AZ xəbər verir ki, o bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq və birgə layihələrin icrası da gündəmdədir:

"Burada əsas məsələ qadınlara əlavə imtiyazların verilməsi deyil, onların kişi sahibkarlarla bərabər hüquqlarla fəaliyyətini təmin etməkdir. Azərbaycan qanunvericiliyində qadın və kişi bərabərliyi mövcuddur və diskriminasiya qəbul edilmir".

O qeyd edib ki, qadın sahibkarların psixoloji gücləndirilməsi, şüuraltı stereotiplərin dəyişdirilməsi və rəqəmsal bacarıqların artırılması vacibdir:

"Rəqəmsallaşma, süni intellekt və yeni texnologiyaların sürətli inkişafı bir çox ənənəvi sahələri sıradan çıxarır. Buna görə qadınların rəqəmsal biliklərə yiyələnməsi, evdən idarə olunan biznes modellərinə uyğunlaşması böyük əhəmiyyət daşıyır". © Report