16:38 - 12.09.2025
12 sentyabr, Fineko/abc.az. Əfsanəvi mineral su istehsalçısı "Borjomi" şirkəti “IDS Borjomi Georgia” Gürcüstanda yeni zavod açıb.
ABC.AZ xəbər verir ki, layihə ölkənin müstəqillik tarixində sənayedə ən iri investisiya olub. Belə ki, investisiyaların həcmi 120 milyon dollar təşkil edib.
Yeni zavod Borjomi bələdiyyəsinin Kvibisi qəsəbəsindəki şirkətin keçmiş müəssisəsinin ərazisində yerləşir və 48 min kvadratmetr ərazini əhatə edir. Miqyasına və istehsal gücünə görə Gürcüstanın şüşələmə sektorundakı ən iri müəssisədir.
Qeyd olunub ki, ilk mərhələdə zavodda ildə 750 milyon, 2030-cu ilə qədər isə hər il 1 milyard şüşə istehsal etmək mümkün olacaq.
27 İyul 2026