17:06 - 5.09.2025
5 sentyabr, Fineko/abc.az. Amerikanın “Tesla” şirkəti baş direktor İlon Mask üçün yeni kompensasiya mükafatı sxemi təklif edib.
ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg”də məlumat dərc olunub. Qeyd edilib ki, o, 1 trilyon dollar ala bilər.
Şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına müraciət edərək yeni planın detallarını təqdim edib. Plan 10 il müddətinə hesablanıb. Əgər şərtlər yerinə yetirilərsə, Mask şirkətin 25%-lik səhmlərinə nəzarət edəcək.
Əsas şərt kimi şirkətin bazar dəyərinin artımı göstərilib.
“2018-ci ildə İlondan tələb olunurdu ki, “Tesla”nın dəyərinin artımı milyardlarla dollarla ölçülsün. 2025-ci ildə isə ondan tələb olunur ki, bu artım trilyonlarla ifadə olunsun. Daha dəqiq desək: o, səhmdarlar üçün təxminən 7.5 trilyon dollar əlavə dəyər yaratmalıdır ki, mükafatı əldə etsin”, – sənəddə qeyd olunub.
30 İyul 2026
29 İyul 2026