Nissan-ın səhmləri Mercedes-Benz Pension Trust-ın qərarından sonra kəskin düşüb

11:31 - 26.08.2025


26 avqust, Fineko/abc.az. Nissan Motor Co.-nun səhm qiymətləri, Mercedes-Benz Pension Trust-ın problemli yapon avtomobil istehsalçısında olan səhm payını satmaq fikrində olduğu xəbərlərindən sonra düşüb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.

Trust-a 3,8% səhm payı məxsusdur və o, təxminən 140 milyon səhmini sataraq investisiyalardan tamamilə imtina edəcək. Satış Mercedes-Benz və Nissan arasındakı cari əməkdaşlığa təsir etməyəcək, deyə press-relizdə qeyd olunub.

26 avqust, çərşənbə axşamı, Tokioda Nissan-ın səhm qiymətləri 6,8% ucuzlaşaraq aprelin əvvəlindən etibarən ən yüksək eniş nümayiş etdirib. Mercedes-Benz Pension Trust-un səhm qiyməti səhm başına 341,3 yen (2,30 dollar) təşkil edib ki, bu da 25 avqust bazar ertəsi Nissan-ın bağlanış qiymətindən 6% aşağıdır.