12:15 - 25.08.2025
25 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 888,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 40,4 milyon ABŞ dolları və ya 4,8% çoxdur.
Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,8%-i həcmində olub. Bununla da Almaniya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 376,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 1,3% azdır.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Almaniyadan Azərbaycana 512,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 45,5 milyon ABŞ dolları və ya 9,7% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir. (C) Trend,az
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026