Ukraynalılar nağd puldan daha az istifadə edirlər: kart ödənişləri rekord vurur 

17:17 - 20.08.2025


20 avqust, Fineko/abc.az. Ukraynalıların nağdsız ödənişləri artmaqda davam edir. Bunu Ukrayna bankları tərəfindən 2025-ci ilin birinci yarısında buraxılmış ödəniş kartlarından istifadə statistikası təsdiqləyir.

ABC.AZ xəbər verir ki, bu barədə Milli Bankın mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə, 2025-ci ilin ilk yarısında Ukraynada və onun hüdudlarından kənarda, Ukrayna bankları tərəfindən emissiya olunmuş ödəniş kartlarından istifadə etməklə aparılan əməliyyatların (nağdsız və nağd çıxarış) sayı 4 596,2 milyon, ümumi məbləği isə 3 399,7 milyard qrivna təşkil edib.
Onlardan 4 379,5 milyon əməliyyat nağdsız olub və ümumi məbləği 2 218,4 milyard qrivna təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,6% çox əməliyyat və 11,2% daha yüksək məbləğ deməkdir.