Qazaxıstanda Samsung televizorları və paltaryuyan maşınları istehsal olunacaq

10:15 - 19.08.2025


19 avqust, Fineko/abc.az. Qazaxıstanın Sarani şəhərində Cənubi Koreyanın Samsung şirkətinin brendi altında televizor və paltaryuyan maşınların istehsalına başlanılıb.  

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnşaat Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qurumun məlumatına görə, avadanlıq “Silk Road Electronics” zavodunda yığılmağa başlayıb. “Müəssisə SmartThings ekosistemini dəstəkləyən Samsung paltaryuyan maşınları, həmçinin yüksək həll və Smart TV funksiyası olan televizorlar istehsal edəcək”, — məlumatda belə deyilir.
Müəssisənin gücü ildə 150 minə qədər televizor, eləcə də təxminən 200 min paltaryuyan maşın istehsal etməyə imkan verir. Bu il 10 min TV və 25 min paltaryuyan maşının yığılması planlaşdırılır.