17:29 - 18.08.2025
18 avqust, Fineko/abc.az. Bu gündən etibarən Bakının bir hissəsində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin istinadla xəbər verir.
Məlumat verilir ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
8 Avqust 2026
8 Avqust 2026