16:53 - 15.08.2025
15 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 7170 milyon manat dəyərində dövlət istiqrazları, Mərkəzi Bankın 1790 milyon manat dəyərində notları, 598,1 milyon manat dəyərində səhmlər, 455 milyon manat dəyərində korporativ istiqrazları dövlət qeydiyyatına alınıb.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbr verir.
Qeyd olunur ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 1515 milyon manatlıq dövlət istiqrazları, 803,4 milyon manatlıq korporativ istiqrazları, Mərkəzi Bankın 645 milyon manatlıq notları və 108,6 milyon manatlıq səhmlər yerləşdirilib.
2025-ci ilin yanvar-iyun aylarında nominal dəyəri 1908,1 milyon manatlıq dövlət istiqrazları, 579,3 milyon manatlıq korporativ istiqrazları, 72,7 milyon manat olan səhmlər və Mərkəzi Bankın 3,6 milyon manatlıq notları tədavüldə olub.
14 Avqust 2026
14 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026