11:26 - 15.08.2025
15 avqust, Fineko/abc.az. Kəlbəcər rayonunda 3 və 4-cü yaşayış məhəllələrinin layihələndirilməsinə start verilir.
ABC.AZ xəbər verir ki, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, qurum rayonun hər iki yaşayış məhəlləsi üzrə layihələndirməsi işlərini "TK Project" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə ümumilikdə 3 milyon manat vəsait ödənilib.
Bu ilin sonunadək layihələndirilmə işlərinin tamamlanması nəzərdə tutulub.
Sözügedən işlərin həvalə olunduğu "TK Project" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Kərimli Tofiq Rafiq oğludur.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026