14:41 - 22.07.2026
22 iyul, Fineko/abc.az. Azərbaycanda mənzil bazarında qiymət artımı davam etsə də, artım tempi əvvəlki rüblərlə müqayisədə zəifləyib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin II rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,6% artıb.
Halbuki, 2026-cı ilin I rübündə artım 2,2%, 2025-ci ilin IV rübündə isə 3,1% olmuşdu.
İlkin mənzil bazarında da artım tempi zəifləyib. Belə ki, qiymətlər 2025-ci ilin IV rübündə 4,3%, 2026-cı ilin I rübündə 1,8%, 2026-cı ilin II rübündə isə 2,6% artıb.
Təkrar mənzil bazarında isə qiymət artımı daha nəzərəçarpacaq şəkildə yavaşıyıb. Bu seqmentdə qiymətlər 2025-ci ilin IV rübündə 3,0%, 2026-cı ilin I rübündə 2,2%, 2026-cı ilin II rübündə isə 1,5% artıb.
Bununla belə, illik müqayisədə mənzil qiymətlərində yüksək artım davam edir. 2026-cı ilin II rübündə ümumi mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 8,6%, ilkin bazarda 12,4%, təkrar bazarda isə 8,6% yüksəlib.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026