İnvestisiya şirkətlərinin yanvar-iyul ayları üzrə dövriyyələri açıqlanıb

10:25 - 5.08.2025


5 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyul ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.

Bu barədə ABC.AZ  BFB-nin məlumatına  istinadla xəbər verir.

Qeyd olunur ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub (26,6 milyard manat).

Siyahıda ikinci pillədə 20,9 milyard manat dövriyyə ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 3 milyard manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb.

Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.