Karbamid Zavodu hazırda məhsulunu 15-dən çox ölkəyə ixrac edir

14:46 - 21.07.2025


21 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu hazırda məhsulunu 15-dən çox ölkəyə ixrac edir.

ABC.AZ-ın məlumatına görə, bu barədə zavodun İstehsalat Şöbəsinin rəisi Şöhrət Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, karbamid gübrəsi əsasən Qara dəniz sahilində yerləşən ölkələrə, o cümlədən Türkiyə, Gürcüstan, ABŞ, Argentina və Braziliyaya ixrac olunur. “Hindistan dünyanın ən böyük gübrə istehsalçılarından biridir, lakin biz onlara da karbamid gübrəsi satırıq”,- deyə o bildirib.

O vurğulayıb ki, SOCAR Karbamid Zavodunun illik istehsal gücü 650-660 min ton təşkil edir: “2024-cü ildə bu göstərici 652 min tonu keçib. Builki məqsəd isə bu rəqəmi daha da artırmaqdır. Zavod daxili bazarın tələbatını tam qarşılayır. Layihələndirilərkən nəzərə alınıb ki, istehsalın 30 %-i daxili bazara, 70 %-i isə ixraca yönəldilsin. Lakin hazırda daxili bazarın təminatı 20 % kifayət edir ".