12:27 - 18.07.2025
18 iyul, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən “Modenis” MMC-yə (“eManat”) ödəniş xidmətlərinin göstərilməsi üçün verilmiş lisenziyada “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” xidməti ləğv edilib.
Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, “Modenis” MMC-yə (Təşkilat) “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti göstərilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 5 iyun 2024-cü il tarixində ÖT-003 nömrəli lisenziya verilib. Təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.
Təşkilat fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcəkdir.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026