10:15 - 7.07.2025
7 iyul Fineko/abc.az. OPEC+ ölkələrinin avqust ayında gözləniləndən daha çox hasilat artırması fonunda baş neftin qiyməti həftənin ilk iş gününə ucuzlaşma ilə başlayıb. Eyni zamanda, ABŞ-ın tətbiq edə biləcəyi tariflər və onların qlobal iqtisadi artıma mümkün təsiri ilə bağlı qeyri-müəyyənlik tələbat proqnozlarını zəiflədib.
ABC.AZ xəbər verir ki, Brent markalı neftin sentyabr fyuçersləri Bakı vaxtı ilə saat 08:27-də 47 sent və ya 0,69% ucuzlaşaraq bir barel üçün 67,83 dollara düşüb. ABŞ-ın WTI markalı nefti isə 95 sent və ya 1,42% azalaraq 66,05 dollar olub. Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri (OPEC+) şənbə günü avqust ayı üçün hasilatı gündəlik 548 min barel artırmaq barədə razılığa gəlib.
Analtiklər düşünür ki, hasilat artımı, aydın şəkildə, bazar payı uğrunda daha aqressiv rəqabət və qiymət və gəlirin azalmasına müəyyən dözümlülük deməkdir. Avqust ayı üçün planlaşdırılan artım, OPEC+ tərəfindən may, iyun və iyul ayları üçün razılaşdırılmış aylıq 411 min barellik, eləcə də aprel ayındakı 138 min barellik artımla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026