16:41 - 4.06.2025
4 iyun, Fineko/abc.az. Dünən Naxçıvan və Gəncə şəhərlərinə daha bir mühüm yenilik baş verib: artıq İstanbul–Naxçıvan istiqamətində yeni aviaşirkət olan “AJet” uçuşlara başlayıb.
ABC.AZ xəbər verir ki, “AJet” bu marşrut üzrə reysləri həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçirir. İstanbulun Sabiha Gökçen hava limanından saat 05:55-də havaya qalxan təyyarə, Naxçıvana saat 09:05-də enir. Yeni aviaşirkətin bu reysi, qiymətlərə də əhəmiyyətli dərəcədə təsir edib – çünki biletlər 120 manatdan başlayan qiymətlərlə satışa çıxarılıb. Bu da əvvəllər eyni istiqamətdə uçuşları həyata keçirən “Türk Hava Yolları” ilə müqayisədə (300–600 manat aralığında) sərnişinlər üçün daha sərfəli variant yaradır.
Yay mövsümündə İstanbul–Naxçıvan reysləri üzrə qiymət dəyişiklikləri olduqca kəskin dəyişir. İyun ayında biletlər 102 manatdan başlayaraq 1 399 manata qədər yüksəlir. İyulda qiymətlər 102–819 manat, avqustda isə 112–846 manat arasında dəyişib. Sentyabr ayında isə yalnız bir uçuş qeydə alınıb – həmin reys üçün qiymət 121 manat təşkil edir və ayın sonuna təsadüf edir.
Eyni zamanda, İstanbuldan Gəncəyə olan uçuşlarda da oxşar qiymət dəyişiklikləri müşahidə olunur. Bu istiqamətdə reyslərdə iyun ayında qiymətlər 141 manatdan başlayaraq 1 255 manata qədər yüksəlir. İyulda ən ucuz bilet 133 manat, ən bahalı isə 970 manat müəyyən edilib. Avqustda bu aralıq 86–900 manat, sentyabrda isə 85–900 manat arasında dəyişir.
3 Avqust 2026
4 Avqust 2026