16:50 - 3.06.2025
3 iyun, Fineko/abc.az. BOKT “Azfinans” MMC 2024-cü ili 38.7 min manat xalis zərərlə başa vurub.
ABC.AZ xəbər verir ki, bu barədə BOKT-nin illik audit hesabatında qeyd edilir.
Bu, 2023-cü ildəki 1.9 min manat xalis mənfəət ilə müqayisədə 40.6 min manat və ya 2143% geriləmədir.
Cəmi gəlirlər 108.1 min manat olub, bu da əvvəlki ilin 120.6 min manatı ilə müqayisədə 12.5 min manat və ya 10.4% azalıb. Əsas azalma kredit verilməsinə görə komissiya gəlirlərində qeydə alınıb — 23.6 min manatdan 8.2 min manata, yəni 65% azalma.
Aktivlər 388.9 min manatdan 315.9 min manata düşərək 73 min manat və ya 18.8% azalıb. Kredit portfeli isə 372.7 min manatdan 314.1 min manata, yəni 58.6 min manat və ya 15.7% azalmışdır. Cəmi kapital isə 301.1 min manatdan 263.9 min manata enmiş, bu da 37.2 min manat və ya 12.3% azalma deməkdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026