21:45 - 21.09.2026
21 Sentyabr, Fineko/abc.az. ABŞ-nin aparıcı media qurumları — CNN, MS NOW (keçmiş MSNBC) və Politico ABŞ Prezidenti Donald Tramp administrasiyasını məhkəməyə veriblər. Birləşmiş Ştatların Kolumbiya Dairə Məhkəməsinə daxil olan birgə iddiaya səbəb Ağ Evin jurnalistlərin akkreditasiya kartlarını (press-pask) ləğv etməsi və onları binaya buraxmamasıdır.
Media şirkətləri birgə bəyanatlarında bildiriblər ki, bu addım ABŞ Konstitusiyasının Söz və Mətbuat azadlığını təmin edən Birinci Düzəlişinin kəskin şəkildə pozulmasıdır. Bəyanatda vurğulanır ki, hökumət mətbuatın nəyi işıqlandırıb-işıqlandırmayacağına qərar verə bilməz.
Ötən həftənin cümə günü Donald Tramp Truth Social şəbəkəsində paylaşım edərək həmin üç media qurumunun Ağ Evə girişini qadağan etdiyini açıqlamışdı. Prezident onları davamlı olaraq "yalan xəbərlər" (fake news) yaymaqda günahlandırıb. Şənbə günündən etibarən isə Gizli Xidmət (Secret Service) əməkdaşları sözügedən kanal və nəşrlərin müxbirlərini Ağ Evin ərazisinə buraxmayıb, bəzilərinin buraxılış vəsiqələrini müsadirə edib.
Ağ Evin rəsmi reaksiyasında Tramp bu qərarın mətbuat azadlığına hücum olmadığını, sadəcə "ölkə üçün təhlükəyə çevrilmiş yalan xəbərlərə qarşı mübarizə" olduğunu müdafiə edib. İddia üzrə məhkəmə baxışının yaxın günlərdə başlayacağı gözlənilir.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026