21:34 - 21.09.2026
21 Sentyabr, Fineko/abc.az. Avropa İttifaqı gömrük prosedurlarını rəqəmsallaşdırmaq, inzibati yükü azaltmaq və üzv ölkələr arasında tətbiq fərqlərini aradan qaldırmaq məqsədilə iri miqyaslı gömrük islahatının mərhələli icrasına başlayıb. İslahatın əsas tərkib hissəsi kimi mərkəzi Fransanın Lill şəhərində yerləşəcək yeni Aİ Gömrük İdarəsi yaradılır və vahid Aİ Gömrük Məlumat Mərkəzi təsis edilir.
Yeni sistem bütün gömrük əməliyyatlarını tək bir rəqəmsal platformada birləşdirəcək. Elektron ticarət şirkətləri üçün bu platformadan istifadə 1 İyul 2028-ci ildən məcburi olacaq, digər bizneslər üçün isə sistem ən geci 2031-ci ildə istifadəyə veriləcək.
Dəyəri 150 avrodan aşağı olan e-ticarət bağlamaları üçün azadolma ləğv edilərək 3 avroluq müvəqqəti rüsum və noyabr ayından etibarən əlavə emal haqqı nəzərdə tutulur.
Üzv dövlətlərə yeni qaydalara uyğunlaşmaq üçün 12 ay vaxt verilib.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026