FIFA U-15 Dünya Çempionatı ilə bağlı viza prosedurları sadələşdirildi —Sərəncamı

17:00 - 21.09.2026


21 Sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, turnirlə bağlı Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək ölkənin beynəlxalq hava limanlarında viza ala biləcəklər. Viza verilıməsi üçün AFFA-nın rəsmi dəvət məktubu və ya FIFA-nın akkreditasiya sənədi əsas hesab ediləcək.

Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə aidiyyəti beynəlxalq qurumlara və aviaşirkətlərə məlumat verilməsi tapşırılıb.