21:51 - 21.09.2026
21 Sentyabr, Fineko/abc.az. İlon Maskın "The Boring Company" tünel şirkəti ABŞ-ın Texas ştatının Ostin (Austin) və San Antonio şəhərlərini birləşdirəcək yeni "Hyperloop" sürətli nəqliyyat layihəsi üzərində işləyir. Şirkətin məqsədi iki şəhər arasındakı gediş müddətini 30 dəqiqədən aşağı endirməkdir.
Mask bu konseptual layihə barədə sosial şəbəkədə paylaşım edib.
Çikaqo və Nyu-York kimi əvvəlki layihələrin dondurulmasına baxmayaraq, Las-Veqasda aktiv tünel şəbəkəsinə malik "The Boring Company" bu yaxınlarda BƏƏ liderliyində 3 milyard dollar dəyərində investisiya cəlb edib. Yeni layihənin maliyyə modeli və texniki detalları hələ ki açıqlanmayıb.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026