ABŞ-da dizelin qiyməti rekorda imza ataraq qalona görə 6,50 dolları keçdi

10:33 - 21.09.2026


21 Sentyabr, Fineko/abc.az. ABŞ-da dizel yanacağının pərakəndə qiyməti tarixi maksimumu yeniləyərək ilk dəfə bir qalona görə 6,50 dolları (11,06 AZN) ötüb.

Amerikalı Sürücülər Assosiasiyasının (AAA) məlumatına görə, təkcə sentyabr ayı ərzində dizel yanacağı 87 sentdən çox bahalaşaraq 2022-ci ilin rekordunu geridə qoyub.

Kəskin qiymət artımına Yaxın Şərqdəki münaqişələr səbəbindən Hörmüz boğazı vasitəsilə tanker daşımalarının məhdudlaşdırılması və qlobal neft tədarükünün zəifləməsi təsir edir. Paralel olaraq, Rusiyanın yanacaq ixracına tətbiq etdiyi qadağaları oktyabr ayınadək uzada biləcəyi barədə xəbərlər qlobal bazarda təklif qıtlığı riskini daha da gücləndirir.