Qətər "JPMorgan" ilə 20 milyard dollarlıq investisiya tərəfdaşlığı yaradır

21:28 - 21.09.2026


21 Sentyabr, Fineko/abc.az. Qətərin 580 milyard dollar aktivə malik Suveren Fondunun (QIA) ABŞ-ın "JPMorgan Asset Management" investisiya bankı ilə 20 milyard dollar ( 34 000 000 000 AZN) dəyərində strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşdığı bildirilir.

Layihə çərçivəsində 15 milyard dolları xalq üçün açıq səhmlər portfelinə, 5 milyard dolları isə ABŞ-ın orta ölçülü şirkətlərinə yönəldiləcək özəl bazar təşəbbüslərinə ayrılacaq.

Bu razılaşma QIA-nın yanvar ayında "Goldman Sachs"a ayırdığı 25 milyard dollarlıq tərəfdaşlıqdan sonra növbəti iri addımdır. Son dövrlər iri infrastruktur, süni intellekt və "Blue Owl Capital" vasitəsilə 3 milyard dollarlıq data mərkəzlərinə sərmayə qoyan Qətər, eyni zamanda yaxın 5 il ərzində 38,5 milyard dollarlıq yeni dövlət-özəl infrastruktur ihalələrinə start verməyi planlaşdırır.