"Turkaz Holding"in Azərbaycanda vergi borcu yarandı

16:14 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. Dövlət Vergi Xidmətinin məlumatına əsasən, "Turkaz Holding" Məhdud Məhsuldağar Cəmiyyətinin 51 min 962 manat vergi borcu mövcuddur.

2012-ci ildə Türkiyənin İstanbul şəhərində təsis edilmiş holding metal, tikinti, enerji və logistika kimi müxtəlif strateji sahələrdə fəaliyyət göstərir.

Həm Türkiyədə, həm də Azərbaycanda geniş investisiya layihələri həyata keçirən şirkət 2013-cü ildə Azərbaycanda dövlət vergi uçotuna alınıb.

Nizamnamə kapitalı 15 manat təşkil edən cəmiyyətin Azərbaycandakı rəsmi qanuni təmsilçisi Mikayılov Elçin Əli oğludur.