14:25 - 21.09.2026
21 sentyabr, Fineko/abc.az. Almaniyanın sənaye xidmətləri qrupu “Bilfinger SE” Azərbaycanda fəaliyyət göstərən “Stork APM Consultancy Services” MMC-ni tam mülkiyyətinə keçirib.
Şirkət bu aktivi ABŞ-ın “Fluor Corporation” qrupundan “Stork”un Avropa biznesinin satın alınması çərçivəsində əldə edib.
Əməliyyat 2024-cü ilin aprelində tamamlanıb və “Stork”un Avropa hissəsi üzrə ilkin alış qiyməti 61,5 milyon avro təşkil etsə də, Bakıdakı şirkət üçün ayrıca məbləğ açıqlanmayıb.
Mülkiyyət dəyişikliyindən sonra şirkətin rəhbərliyində də yenilənmə baş verib və Mara Coort Petrus rəhbər vəzifəsinə gətirilib.
Mülkiyyətçi dəyişikliyindən sonra Azərbaycan şirkətinin maliyyə göstəricilərində kəskin artım qeydə alınıb. Belə ki, 2024-cü ilin sonunda “Stork APM Consultancy Services” MMC-nin kapitalı 275 min avro, illik mənfəəti isə 128 min avro olduğu halda, 2025-ci ilin sonunda kapital 618 min avroya, mənfəət isə 391 min avroya yüksəlib.
Beləliklə, beynəlxalq enerji, neft-qaz və kimya sənayelərində mühəndislik və texniki xidmətlər göstərən “Bilfinger SE” qrupunun nəzarətinə keçdikdən sonra Bakıdakı şirkətin kapitalı bir il ərzində 2,2 dəfə, mənfəəti isə təxminən 3 dəfə artıb. (C) Banker
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026