Müflis olmuş məşhur azərbaycanlı iş adamları — Siyahı

10:25 - 30.05.2025


30 may, Fineko/abc.az. Bir zamanlar böyük mülkə, var-dövlətə sahib olmuş bəzi azərbaycanlı iş adamları ilə bağlı araşdırma aparmışıq.

ABC.AZ müflis olmuş iş adamları ilə bağlı qısa xəbərlər toplayıb.                                      

Müflis olmuş iş adamları:

1. Telman İsmayılov

Azərbaycan, Türkiyə və Rusiyada biznes quran milyarder 2016-cı ildə 17,4 milyard rubl borc səbəbilə müflis elan olunub. Daha sonra həbs edilsə də, siyasi sığınacaq alaraq azadlığa çıxıb.

2. Hafiz Məmmədov ("Hafka")

"Bakı" futbol klubunun sabiq prezidenti olan Hafiz Məmmədov 2013-cü ildən başlayaraq maliyyə çətinlikləri ilə üzləşib və nəticədə müflis elan olunub.

3. Allahverdi və Müşviq Abdullayevlər

"İntertorq" və "Spar" mağazalar şəbəkəsinin sahibləri olan bu qardaşlar 500-dən çox mağazanın bağlanmasından sonra müflis olublar. Allahverdi Abdullayev 2021-ci ildə 8 milyard rubl vəsaiti mənimsəməkdə təqsirləndirilərək həbs edilib.

Müəllif: Elmir Murad