Çində avtomobil istehsalçılarının yeni "qiymət müharibəsi" başlayıb

15:04 - 27.05.2025


27 may, Fineko/abc.az. Çinli avtomobil istehsalçıları yerli bazarda yeni "qiymət müharibəsi" başlayıblar və bu, maşınlarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı problemlərə səbəb ola bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Belə ki, bu yaxınlarda BYD, Geely Galaxy, SAIC-GM və digər avtomobil istehsalçıları ardıcıl olaraq Çində qiymətlərin endirilməsi üzrə reklam aksiyasını həyata keçirmişdirlər. Bu bazarın diqqətini çəkmişdi.

"Sənaye insayderləri" qiymət müharibəsi" nin tədarükçülərin itkisinə və avtomobillərin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı problemlərə səbəb ola biləcəyinə inanırlar", — deyə məlumatda bildirilir.