Yaponiya buna görə düyü ehtiyatını satışa çıxarır

12:27 - 26.05.2025


26 may, Fineko/abc.az. Yaponiyanın kənd təsərrüfatı naziri artan qiymətlər və yaxınlaşan seçkilər fonunda xərcləri azaltmaq məqsədilə 300 min ton düyünü sabit qiymətlə — 60 kiloqram üçün təxminən 10 min yenə — bazara çıxarmağı planlaşdırır.

ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, son bir ildə düyü qiymətləri iki dəfə artıb, təkcə ötən ay isə 98,4% bahalaşaraq 1970-ci illərdən bəri ən yüksək səviyyəyə çatıb.

Bundan əvvəl də ehtiyatlardan 200 min ton düyü ayrılmışdı, lakin bunun cəmi 11%-i mağazalara çatdırılıb. Təchizatı sürətləndirmək üçün nazir 500 nəfərlik xüsusi komanda yaradıb.