17:07 - 22.05.2025
22 may, Fineko/abc.az. “Azmikroinvest” MMC 2024-cü ildə 220.2 min manat xalis mənfəət əldə edib. Halbuki, 2023-cü ildə 31.7 min manat xalis zərər qeydə alınmışdı.
ABC.AZ xəbər verir ki, bu barədə BOKT-nin illik audit hesabatında qeyd edilib.
2024-cü ildə faiz gəlirləri 365.2 min manat təşkil edib ki, bu da ötən ilin 123.3 min manat göstəricisindən çox böyük artım deməkdir. Faiz xərcləri isə 12.3 min manat olub, bu göstərici 2023-cü ildə 18 manat idi.
“Azmikroinvest”in haqq və komissiya gəlirləri də ciddi şəkildə artaraq 97.1 min manat olub. 2023-cü ildə bu göstərici qeydə alınmayıb. Eyni zamanda inzibati və digər əməliyyat xərcləri 175.6 min manat səviyyəsinə yüksəlib. 2023-cü ildə 164 min manat idi.