2,5 milyon manat nizamnanmə kapitalı olan şirkətin kapitalı kəskin azaldıldı

15:16 - 22.05.2025


22 may, Fineko/abc.az. “Aqroinnova” MMC-nin nizamnamə kapitalı azaldılır.

ABC.AZ xəbər verir ki, MMC nizamnamə kapitalını 410 000 AZN həcmində azaldığını elan edir.

Buna qədər şirkətin kapitalı 2 492 500 manat idi.

Kreditorlar öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, Mirvari y/k, A bloku, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.