10:43 - 22.05.2025
22 may, Fineko/abc.az. Azərbaycan qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniya şirkəti “Anglo Asian Mining PLC” 2024-cü ildə gəlirləri $39.6 milyon təşkil etməklə öncəki ildə qeydə alınan $45.9 milyon manatdan 14% azdır.
ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, bu azalma istehsalın aşağı düşməsi ilə bağlıdır. Bununla belə, metal qiymətlərinin güclənməsi bu azalməni qismən kompensasiya edib. 2024-cü il ərzində əsasən aqitasiya ilə süzülmə və flotasiya emalı dayandırıldığı bildirilir.
Emal olunan qızıl filizinin tərkibindəki qiymətli metal faizi aşağı olub, çünki hasilat yalnız istismar müddətinin sonuna yaxın olan Gedəbəy açıq mədəni və “Qadir” yeraltı mədənində aparılıb.
Mədən şirkətinin vergiyə qədərki zərəri $21.3 milyon olub. Halbuki, 2023-cü ildə $32 milyon zərəri vardı. Hesabatdan məlum olur ki, əməliyyat zərəri isə $18.8 milyon təşkil edib (2023: $24.8 milyon zərər). Bu, əsasən xərclərə ciddi nəzarət və əvvəlki ildəki iki böyük aktivin dəyərinin silinməsi ilə əlaqədardır.