Qızıl bahalaşır — investorlar ABŞ-ın əmək bazarı statistikasını gözləyirlər 

10:37 - 22.05.2025


22 may, Fineko/abc.az. Qızıl cümə axşamı səhər bahalaşır, investorlar ABŞ-da əmək bazarı ilə bağlı statistikanın çıxmasını gözləyirlər.

ABC.AZ xəbər verir ki, saat 10.05 vəziyyətinə əsasən (Bakı vaxtı ilə) Nyu-York birjasında iyun qızıl fyuçerslərinin qiyməti Comex əvvəlki bağlanışa nisbətən 22,66 dollar və ya 0,68% artaraq troya unsiyası başına 3,336,16 dollara yüksəlib. İyul ayında gümüş fyuçersləri 0,48% artaraq bir unsiyaya 33,807 dollara çatıb.

Cümə axşamı ABŞ əmək Nazirliyi ilkin işsizlik ərizələri barədə məlumat yayacaq. Analitiklər mayın 17 - dək olan həftə ərzində işsizlik müavinəti üçün ilkin müraciətlərin sayının əvvəlki həftənin göstəricisindən 1 min artaraq 230 minə çatacağını gözləyirlər.