11:00 - 20.05.2025
20 may, Fineko/abc.az. Çin ABŞ, Aİ, Yaponiya və Tayvandan plastik (poliformaldehid kopolimeri) idxalına 75% - ə qədər rüsum tətbiq edib.
ABC.AZ xəbər verir ki, qərar dempinq əleyhinə araşdırmasından sonra qəbul edilib və mayın 20-dən qüvvəyə minir. Rüsumlar 3,8%-dən 74,9%-ə qədər olacaq. Tədbir avtomobil sənayesində, tibbdə və məişət texnikasında istifadə olunan məhsullara təsir göstərir.
Bu qərar ABŞ və Çin arasındakı bəzi rüsumların müvəqqəti 90 günlük dondurulmasından qısa müddət sonra qəbul edilib. Bundan əvvəl Çin, AB-nin Çin elektrikli avtomobillərinə qarşı araşdırmasına cavab olaraq Avropa brendi üçün rüsumlar tətbiq etmişdi.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026