“Microsoft” şirkəti 6 min işçisini ixtisar edəcək

11:41 - 14.05.2025


14 may, Fineko/abc.az. “Microsoft” şirkəti texnologiya bazarındakı yeni şəraitə uyğunlaşmaq üçün dünya üzrə təxminən 6 min iş yerini ixtisar edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şirkət nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz şirkəti cari bazar dinamikasında ən yaxşı mövqedə tutmaq üçün zəruri təşkilati dəyişikliklərə davam edirik”, – agentlik onun sözlərini sitat gətirib.

Qeyd olunur ki, 6 min ixtisardan 2 mini “Microsoft”un Vaşinqtonun Redmond şəhərindəki baş qərargahında olacaq. İxtisarlar ilk növbədə idarəetməyə təsir göstərəcək. Məlumata görə, ixtisarların 2025-ci ilin iyul ayının ortalarında başlaması gözlənilir.

“Microsoft” 2023-cü ilin yanvarında 10 000 nəfəri işdən çıxarıb. Şirkət daxilində vaxtaşırı ixtisarlar və büdcənin istiqamətləndirilməsi texnologiya bazarındakı dəyişikliklərlə bağlıdır. Şirkətin baş direktoru Satya Nadellanın sözlərinə görə, süni intellekt əvvəllər işdən çıxarılan işçilər tərəfindən yerinə yetirilən tapşırıqların icrasına imkan verir.